“Kimsə övladımı əlimdən almaq üçün meyitimin üstündən keçməlidir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı Azad Azərbaycan Televiziyasında yayımlanan “Rəngarəng səhər” verilişində aparıcı Zaur Nəbioğlunun suallarını cavablandırarkən deyib.
O, həyat yoldaşından rəsmi qaydada boşandığını təsdiq edib:
“Hər şey bitib. Övladlarım ataları ilə telefonla danışırlar. Şəxsi əlaqəm isə yoxdur”.
Aparıcı müğənniyə sual verib ki, bir zamanlar övladınızı əlinizdən almaqla bağlı sizə hər hansı şantaj olunubmu? O isə cavabında bunu təkzib edib: Toyuqlu pizza
“Yanlış xəbərdir. Mənim gərək meyidimin üstündən keçsinlər ki, övladımı da əlimdən alsınlar. O mümkün deyil”.
Qeyd edək ki, müğənninin həyat yoldaşı artıq bir neçə ildir ABŞ-də yaşayır.
Aytac Şahin
Telegram kanalımız