ARB TV-nin “Günə Bax” verilişində Dilarə Kazımova aldığı həyət evindən danışıb.
Yenisabah.az xəbər verir ki, müğənni ona ev hədiyyə olunduğunu deyib:
“Mənə ev hədiyyə etmişdilər, təmirini etdirə bimədiyim üçün satdım və Mərdəkandan ev aldım, orada yaşayıram. 3 it saxlayıram. Həyət evində yaşamaq mənə sakitlik verir. Mən torpaqla ünsiyyətdə olmağı çox sevirəm. Bir zamanlar Mərdəkanda bağımız vardı. Yayda orada qalırdıq. Arzum bu idi ki, öz evim olsun, sahibsiz heyvanları götürüb saxlayım, savab qazanım. Çox şadam ki, Allah mənə o imkanı verdi”. Toyuqlu pizza
Telegram kanalımız