Türkiyəli müğənni Murad Kekilli hər kəsi təəccübləndirib.
Yenisabah.az xəbər verir ki, sənətçi koronavirusa inanmadığını açıqlayıb.
Sosial şəbəkə hesabında bu haqda yazan müğənni “Koronavirus yalanına inanmıram. İnananlara da hörmətim var. Kim nəyə inanmaq istəyirsə, buyursun. Əngəl olan yoxdur" -, deyə qeyd edib. Dominos pizza
Onun bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri koronavirus səbəbindən itirdikləri yaxınları barədə yazaraq sənətçini sərt şəkildə tənqid ediblər.
Telegram kanalımız