Müğənni “İnstagram”da canlı yayım edərkən faciəvi şəkildə öldü - ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müğənni “İnstagram”da canlı yayım edərkən faciəvi şəkildə öldü - ANBAAN VİDEO

Dünya

18 Avqust 2020 21:13 2596


29 yaşlı müğənni faciəvi şəkildə ölüb.

Yenisabah.az xəbər verir ki, rumıniyalı pop müğənni Tavy Pustiu sosial şəbəkə hesabında canlı yayım edərkən avtomobil qəzasına düşüb.

pizza hut

Gənc ifaçı xanımı ilə birlikdə avtombillə gedərkən canlı yayım açan zaman məsuliyyətsizliyinin qurbanı olub. Belə ki, avtomobili ilə ətrafa nəzər salmadan dəmir yolu relslərinin üzərindən keçən müğənni qatarın gəldiyini görməyib və qəza nəticəsində ölüb.

Onun xanımı qatarın altında qalan avtomobildən sağ çıxsa da, müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, müğənninin ömrünün son saniyələri kameraya düşüb və izləyiciləri canlı olaraq izləyiblər.

/Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!