Müğənni Kərimin döyülməsi ilə bağlı araşdırma başlandı

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Kərimin döyülməsi ilə bağlı araşdırma başlandı

Kriminal

21 May 2019 15:49 1180


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müğənni Kərim Abbasovun döyülməsi barədə xəbərlərə münasibət bildirib.

İdarənin sözçüsü, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır.

K.Abbasovu döydüyü deyilən Elvin Ramazanov müəyyən olunaraq idarəyə dəvət olunub və onun izahatı alınıb. Dominos pizza

E.Hacıyev əlavə edib ki, E.Ramazanov polis əməkdaşı deyil: "Onun polis olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!