Müğənni konsertdən qazandığı pulu yanğın üçün xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Müğənni konsertdən qazandığı pulu yanğın üçün xərclədi

Şou

10 Avqust 2021 09:58 1155


Türkiyəli müğənni Edis xeyirxah addımı ilə gündəmə gəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yanğından zərər görən insanlara yardım məqsədi ilə ötən gecə verdiyi konsertdən qazandığı gəliri "AHBAP" dərnəyinin hesabına köçürüb.

Bu barədə konsertdə danışan Edis bilet satışından qazanılan pulu yardıma yönəltdiyini deyib: Pepperoni pizza

"Hamımız çox kədərliyik. Hər kəsin həssaslığını bilirəm, çətin günlərdən keçirik. Bu səhvlərin bir daha təkrarlanmamasını istəyirik. İlk növbədə, həyatını itirmiş bütün canlılarımızı anır və orada mübarizə aparan zəhmətkeş insanlarımıza salam söyləyirəm. Aldığınız bütün biletlərin pulunu "AHBAP" dərnəyi vasitəsilə ehtiyacı olanlara çatdırılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!