Müğənni Nəfəsin maşınından pul oğurlayana hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Nəfəsin maşınından pul oğurlayana hökm oxundu

Şou

01 Dekabr 2023 18:15 927


Ötən il dekabrın 30-da gecə saat 2 radələrində Nəsimi rayonu ərazisində müğənni Nəfəsə (Günel Məmmədli) məxsus “Range Rover” markalı avtomobildən 6 min manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü T.Ağayev Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, T.Ağayev yol kənarında dayanıb salfet satmaqla məşğul olurmuş. O, gecə saatlarında müğənninin “Range Rover” markalı avtomobillə Nəsimi rayonu ərazisində dayanaraq səsyazma studiyasına daxil olmasını görüb. Bundan sonra T.Ağayev avtomobilin açıq qalan qapısından daxil olmaqla maşındakı pulqabıdan 6 min manat götürərək qaçıb. Dördpendirli pizza

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə saxlanılan şəxs pulları müğənniyə geri qaytarıb.

Məhkəmənin hökmü ilə T.Ağayevə 2 il 3 ay həbs cəzası verilib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!