Müğənni Tahir Salahovun gəlini haqda:   “Onu bağışlamayacam”

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Tahir Salahovun gəlini haqda: “Onu bağışlamayacam”

Şou

26 Aprel 2021 18:01 1804


“Onunla heç vaxt barışmayacağam”.

Yenisabah.az “SarHit”ə istinadla xəbər verir ki, bunu Rusiyanın tanınmış “Nepara” qrupunun rəhbəri və solisti Aleksandr Şoya bildirib.

Müğənni keçmiş duet ortağı Viktoriya Talışinskayanın ittihamlarına cavab verib. Toyuqlu pizza

Onu “yalançı” və “oğru” adlandıran eks-ortaq haqqında Aleksandr Şoya bildirib: “Onunla heç vaxt barışmayacağam. Özümə söz vermişəm. Axı, deyək ki, hər şeyə görə sizə minnətdar olmaq əvəzinə mediada haqqınızda ağlına gələni danışan, özünü, bir növ, qurban kimi təqdim edən bir insanı heç vaxt çevrənizə qaytarmazsınız. Bütün komanda onun diqqətsizliyinin və məsuliyyətsizliyinin qurbanı olub. Çoxlarını qayda-qanuna çağırdım. Buna nail olmaq mümkün olmadıqda, insanlar sadəcə özləri çıxıb-gedirlər. Ömrüm boyu heç kimi işdən çıxarmamış və heç kimə də bel bağlamamışam”.

Qeyd edək ki, 44 yaşlı müğənni Viktoriya Talışinskaya həm də familiyası ilə maraq doğurur. Onun ilk əri Moskvada yaşayan biznesmen Eldar Talışinski olub. “Nepara”nın keçmiş solisti hazırda mərhum xalq rəssamı Tahir Salahovun oğlu İvan Salahovla nikahdadır. Cütlüyün Varvara adlı 4 yaşlı qızı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!