Müğənni təcavüzə uğradığını etiraf etdi: “Qışqırdım, səsimi eşidən olmadı“

saytların hazırlanması

Evə çatdırılma

Müğənni təcavüzə uğradığını etiraf etdi: “Qışqırdım, səsimi eşidən olmadı“

Şou

17 Mart 2021 17:17 1570


Müğənni Zerrin Özer illər sonra gənc yaşlarında başına gələn dəhşətli hadisədən danışıb.

Yenisabah.az Türkiyə KİV-nə istinadən bildirir ki, aparıcı Armağan Çağlayanın "Dur bi dinle" proqramına qonaq olan ifaçı qardaş bildiyi şəxs tərəfindən təcavüzə uğradığını etiraf edib:

“Belə bir şey var, gənc qızsınız və ailəniz mühafizəkardır. Bir gün təcavüz başıma gəldi. Yumruq, təpiyə məruz qalaraq təcavüzə uğradım. Qışqırıram, səsimə səs verən də yoxdur. Onu özümə qardaş bilirdim. Həmin vaxtlar bir başqasına aşiq idim, gəlib hər şeyi ona danışırdım. Sezar pizza

Bu hadisəni nə anama, nə də bacılarıma dedim. Hər gün yorğanı başıma çəkib ağlayırdım. Nə yaşadığımı bir Allah bilir, bir də mən. Artıq o insanla çalışmaq istəmirdim, işdən çıxmaq istədim, evdən qoymadılar. Hər gün o insanın üzünə baxa-baxa işləməyə davam etdim. Sonra bir albom çıxartdırdım.

Nəhayət, evlənmə çağım gəldi. Ailə həyatı qurmağa da qoymadılar. İllərlə psixoloq yardımı aldım. Amma o gün baş verən hadisəni içimdən söküb ata bilmədim. Həmişə deyirdilər ki “Zerrin ağlayır. Zerrin qara eynək istifadə edir”. Çünki mən başımı qaldırıb kiməsə baxa bilmirdim artıq. O insana haqqımı halal etmirəm”.

Axşam.az-ın yazdığına görə, sənətçiyə təcavüz edən şəxs bir müddət əvvəl vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!