Müğənni Zeynəb baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı: “...dedi ki, ya o, ya mən” – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Zeynəb baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı: “...dedi ki, ya o, ya mən” – VİDEO

Şou

27 İyun 2021 12:23 1376


ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

Sənətçi sevdiyi insandan anasına görə ayrıldığını etiraf edib:

“Bir oğlanla danışırdıq. Anam bilirdi. 2011-ci ildə həbs olundu. Bir müddət danışa bilmədik. Sonra danışmağa başladıq. Mənə dedi ki, gəl evlənək, mənə də həbsdə narahat qalmayım. Toyuqlu pizza

Anama olanları dedim. Mənə dedi ki, onunla evlənsən, südümü sənə halal etmərəm. Şərt qoydu ki, ya o, ya mən. Mə də anama söz verdim ki, o həbsdən çıxan günü ayrılacağam.

2014-cü ildə həbsdən çıxdı. Görüşdük, danışdıq. Ona heç nə demədim. Sağollaşıb gedəndə nömrəni çıxarıb atdım. Əlaqəni kəsdim.

Məni çox axtarıb. Yoxa çıxdım. Onunla ailə qurmaq istəyirdim. Ondan sonra bu istəyimdən vaz keçdim. Artıq kiminləsə ailə qurmaq, gəlinlik geyinmək beynimdə yoxdur. Ondan ayrılmaq səbəbimi bilmirdi. Artıq biləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!