Müğənnidən DİN-ə müraciət: Atam və bacım artıq bezib

saytların hazırlanması

Evə çatdırılma

Müğənnidən DİN-ə müraciət: Atam və bacım artıq bezib

Şou

10 İyun 2024 10:28 25295


Müğənni Aygül Səfərova Daxili İşlər Nazirliyinə müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkədə yaydığı müraciətində özünün və ailə üzvlərinin "TikTok"da təhqir olunduğunu bildirib.

Müğənninin sözlərinə görə, özü ilə bərabər, atası və bacısı da sosial şəbəkədə yaradılmış səhifələrdə qeyri-etik formada təqdim edilir və təhqir olunurlar. Dominos pizza

Aygül deyib ki, bu paylaşımlar yaşlı atasına və tibb işçisi olan bacısına pis təsir edir.

Müğənni DİN rəhbərliyindən bu şəxslərin tapılıb cəzalandırılmasını xahiş edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!