Müğənnidən Elgizə sərt cavab: “Ağıllı olun, biz ölməmişik!“

saytların hazırlanması

Evə çatdırılma

Müğənnidən Elgizə sərt cavab: “Ağıllı olun, biz ölməmişik!“

Şou

03 Sentyabr 2021 16:41 2372


Tanınmış prodüser Sayqa Cahidin müalicə xərclərini ödəyə bilməməsi ilə bağlı yayılan xəbərlər təkzib olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni Səbinə Selcan məlumat verib.

Müğənni Elgiz Əkbərin prodüser barədə maddi sıxıntıları olduğunu deməsinə sərt təpki verib: pizza sifarişi

“Sayqanın dostları ölməyib ki, o kimdənsə pul istəsin. Bizlər onun yanındayıq. Doğrudur, vəziyyəti ağır idi, Türkiyədə 3 gün reanimasiyada qaldı, amma hazırda palatadadır və vəziyyəti düzəlir. Sizdən istədiyimiz pul deyil, dualarınızdır. Sizə ar olsun! Sayqa ölsə də, heç vaxt heç kimdən pul istəməz! Biz ölməmişik! Sayqa pulu çatmadığı üçün müalicəsini dayandıracaq qədər düşməyib. Ağıllı olun bir az. Dəqiq bilin ondan sonra məlumat verin”.

Qeyd edək ki, Elgiz Əkbər prodüserin yardıma ehtiyacı olduğunu demişdi: “Sayqanın maddi sıxıntıları var. Allaha xatir onu ölməyə qoymayaq. Xahiş edirem ne olar köməyimizi əsirgəməyək. Pulu ödəməsə, xəstəxanadan çıxaracaqlar. Allah yardımçısı olsun".

Həmin görüntüləri təqdim edirik: 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!