Müğənnilər Məhərrəmlikdə nə edirlər? - “Aşura gününə kimi toylar olacaq“

saytların hazırlanması

Evə çatdırılma

Müğənnilər Məhərrəmlikdə nə edirlər? - “Aşura gününə kimi toylar olacaq“

Şou

17 Avqust 2021 13:12 2260


Hazırda Məhərrəmlik ayı davam edir. Bu aylarda bir çoxları toy, şənlik etmədiyi üçün restoranların əksəriyyəti fəaliyyətini dayandırıb. El şənliklərindən, oxuyub-oynamaqdan gəlir əldə edən sənətçilərin də fəaliyyətində durğunluq yaranıb. 

Buna baxmayaraq, 14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Bəs görək, şou əlhi Məhərrəmlikdə toylara dəvət alırlarmı? pizza hut

Yenisabah.az-a danışan Əməkdar artist Elza Seyidcahan bu ayda toylara dəvət almadığını deyib.

Sənətçi insanların yenidən sərt karantindən qorxduğu üçün toylara davam etdiyini bildirib:

“Məhərrəm ayı gələndən toylara dəvət almamışam, amma karantindən əvvəl də Aşura gününə qədər şadlıq saraylarında toylar keçirilirdi. Həmişə Məhərrəmlikdə toy edənlər olurdu. Aşura gününə qədər yəqin ki, toylar davam edər, çünki insanlar fikirlərşir ki, ola bilsin yenidən karantin olar, toyları yenə qalar”.

Əməkdar artist Yusif Mustafayev bu ayda toylara dəvət almadığını, vaxtını istirahətinə sərf etdiyini qeyd edib:

“Mən Məhərrəm ayı girəndən toylarda iştirak etmirəm. Hər gün Bilgəhə sanatoriyaya gedirəm, gedib axşama qədər orada otururam. Heç ölkə gündəmini oxumağa belə vaxtım qalmır. Hazırda da yoldayam. Bu ay toya dəvət ümumiyyətlə, almamışam. Bizim cənub bölgəsində Məhərrəm ayında toy etmək olmaz, buna ciddi yanaşırlar. Ona görə toylara dəvət almıram”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!