“İkisi də yaxşı qızdır. Amma bəzi xırda məsələlərdə bir nəfər barışıq etməlidir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı, şairə Nazilə Səfərli deyib. Müğənni Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirən şairə onları barışığa səsləyib:
“Şəbnəmi də, Vəfanı da hamımız tanıyırıq. Burda bir-birinizə replika atmasanız yaxşı olar. Diqqətimi çəkdi, Vəfa dedi ki, ailəliyəm qızım var, məclisə gedəndə insanlar evli olduğumu bilib, ona uyğun rəftar edirlər. Özünü apara bilməyənə ailəli, ya subay nə etsin? Sənin sözündən belə çıxır ki, subaylar məclisə getməməlidir? Ya özlərini çölə qoyublar? Şou-biznesdə o qədər ailəsi dağılan, amma sözünü demiş, ləyaqətli insanlar var. Evli olmaması qəbahət deyil. Səndən əvvəl də həmin adam Şəbnəmin dostu olub. Eşitdiyimə görə təhvil-təslim etmisiniz. Allah xoşbəxt eləsin. Nəyə lazımdır bir-birinizi incitmək, qəlb sındırmaq?” Sezar pizza
Telegram kanalımız