Müğənninin anası və nənəsinin ölümü ilə bağlı təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Müğənninin anası və nənəsinin ölümü ilə bağlı təfərrüatlar

Hadisə

26 Fevral 2025 10:43 266


Bakıda ana və qızı dəm qazından boğularaq ölüb.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. pizza mizza

Onlar hadisə yerində ölüb.

Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir. Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən müğənni hadisə baş verən kimi təcili yardım briqadası çağırdığını bildirsə də, onların hadisə yerinə 1 saat sonra çatdığını iddia edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!