Muğladakı təhlükəli Milas yanğını nəzarətə götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Muğladakı təhlükəli Milas yanğını nəzarətə götürüldü

Rəsmi

10 Avqust 2021 20:22 1258


Türkiyənin Muğla vilayətinin Milas rayonundakı meşə yanğını nəzarətə alınıb.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün twitter səhifəsində yazıb.

Nazir bildirib ki, 11 gündür davam edən Milas yanğınının hazırda tamamilə söndürülməsinə cəhd edilir. pizza mizza

Nazir Milas yanğınını xərçəng xəstəli ilə müqayisə edərək, “xərçəng kimi gözlənilməyən yerlərdən üzə çıxan yanğınla qarşı-qarşıyayıq", - deyə yanğının təhlükəli olduğunu ifadə etmişdi.

Qeyd edək ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Meşə Baş İdarəsi son 14 gündə baş verən yanğınlar haqqında açıqlama yayıb. Bildirilib ki, son 14 gündə 53 vilayətdə 275 meşə yanğınından 272-si nəzarətə alınıb.

B.Pakdemirli isə söndürülməkdə olan Milas yanğını ilə birlikdə bu rəqəmin 273 olduğunu yazıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!