Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı xəstəxananın mühafizəçisinə balta atıb.
Yenisabah.az xəbər verir ki, hadisənin görüntüləri yayılıb. Həmin videonu aktyor Elcan Rəsulov paylaşaraq müğənnini müdafiə edib.
O, videoya "Bəs səhərdən Ağadadaş baltalamışdı, bəs nə oldu? Mühafizəçi əməlli-başlı Xalq artistini basıb döyür... Belə şey olar?" şərhini yazıb. Dördpendirli pizza
Qeyd edək ki, mübahisənin A.Ağayevin halı pisləşdiyi üçün evinin yaxınlığındakı klinikadan yardım istədiyi, mühafizəçinin isə onu klinikaya dəvət etməsi ilə başladığı qeyd edilib. Atılan baltanın orada işləyən xadimənin ayağına dəydiyi bildirilir./Axşam.az
Telegram kanalımız