İstintaq Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların iştirakına dair heç bir sübuta malik deyil.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan öz Facebook səhifəsində bildirib.
"Hazırda Zəngəzur kombinatının mühafizəçisinin azərbaycanlılar tərəfindən qətlə yetirildiyi barədə heç bir məlumat yoxdur", - deyə o vurğulayıb. pizza
Ötən gün Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində əsir götürülən əsgərini mühafizəçini öldürməkdə və təxribat törətməkdə ittiham edib.
Telegram kanalımız