“Azərbaycan taxılı, əsasən, Qazaxıstan və Rusiyadan alır. Ən çox duru yağlar və toyuq əti isə Ukraynadan gəlir ”.
Bunu Yenisabah.az-a açıqlamasında “Xəzər” İş Adamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri Şahin Nəcəfov deyib.
O, Ukrayna böhranı çərçivəsində baş verə biləcək taxıl qıtlığı ehtimalını şərh edib: pizza hut
“Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dünyaya çox ciddi iqtisadi və siyasi təsirləri olacaq. Çünki Ukraynadan gələn malların bir hissəsi Rusiya ərazisindən keçirdi. Bütün parametrlərlə bu, Azərbaycanın ziyanınadır. Toyuq ətləri, qarğıdalı, günəbəxan yağları, dənli bitkilərin idxalından başqa, 500 minə qədər azərbaycanlının Ukraynada yaşadığını da nəzərə alın. Rusiyada da 2 milyon yarıma qədəri”.
Şahin Nəcəfovun sözlərinə görə, Ukraynada müharibə yaz əkininin qarşısını alıb.
“Azərbaycanın taxıl idxalının nə qədər olduğunu say etibarilə dəqiq bilməsəm də, meliorasiya ilə bağlı çox ciddi problemlər var, torpaqlarımız şoranlaşır. Planlaşdırma düzgün getmədiyindən istənilən nəticəni alınmır. Məhsuldarlıq digər ölkələrdən bir neçə dəfə aşağıdır. Buna görə bizdə çox ciddi problemlər var.
Kür və Arazda su azalıb. Su ehtiyatlarımız tükənir, bulaqlarımız quruyur. Görün, indi yayda necə olacaq. Nə qədər ki, dövlət strukturları arasında koordinasiya yoxdur, bu problemlər yerində qalacaq. Səlahiyyətlilər ancaq saxta statistika dalınca qaçdılar”, - deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız