Müharibə Azərbaycanın siyasi həyatında həmrəylik yaradıb   - “Başqa cür ola bilməz!“

saytların hazırlanması

Evə çatdırılma

Müharibə Azərbaycanın siyasi həyatında həmrəylik yaradıb - “Başqa cür ola bilməz!“

Siyasət

06 Oktyabr 2020 14:32 888


Müharibə Azərbaycanın siyasi həyatında çoxdan arzulanan milli birliyin və həmrəyliyin əsasını qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr düşmənə münasibətdə vahid mövqedən çıxış edirlər.

Maraqlıdır, müharibə başa çatdıqdan sonra da bu həmrəyliyi saxlamaq mümkün olacaq?

REAL Partiyasının sədr müavini Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ, ümumiyyətlə, torpaqların işğaldan azad olunması məsələsində iqtidar-müxalifət mövqeyi yoxdur: Marqarita pizza

“Burada iqtidar-müxalifət fikir ayrılığının olması mümkün də deyil. Çünki bu, bizim haqq işimizdir və beynəlxalq hüquq çərçivəsində öz torpaqlarımızda apardığımız əməliyyatlardır. Yəni burada hansısa bir müxalif mövqeyinin olması məntiqli deyil. Azərbaycanda elə bir davranış göstərən siyasi partiya uğur qazana bilməz. Məhz bu gün iqtidarın atdığı doğru addımların əleyhinə çıxaraq uğur qazanmaq mümkün deyil. Amma hərbi əməliyyatlar bitdikdən, torpaqlarımızın işğaldan azad olunması prosesi tamamilə başa çatdıqdan sonra bu abu-havanın davam etməsi üçün iqtidar tərəfdən də daxili-siyasi məsələlərlə bağlı müəyyən  addımların atılmasını gözləyirik. Bu, həmin həmrəylik hüququnun gələcəkdə də davam etməsinə xidmət edə bilər”.

Həmsöhbətimiz qeyd edib ki, həmrəyliyin davam etməsi üçün daxili siyasətdəki müəyyən problemlərin həllində iqtidar-müxalifət dialoqu dərinləşməlidir:

“Daxildə olan iqtisadi və sosial problemlərin həlli ilə bağlı fikir mübadilələrinin davam etməsi, institutsional, hətta konstitusion islahatlarla bağlı müzakirələrin aparılması çox vacibdir. Bəli, daxili siyasətdə fikir ayrılığımız var. Bu, normaldır. İqtidar və müxalifət bütün məsələlərdə eyni dşüünsəydi, ölkədə bir partiya olardı. Məsələlərə müxtəlif baxış bucağının olması problem deyil, əksinə ölkənin zənginliyidir. Çünki bir məsələyə müxtəlif bucaqlardan baxmağı bacarmaq həmin məsələnin daha effektiv həllini təmin edir. Ona görə də qələbə ilə torpaqlarımızın alınması başa çatdıqdan sonra daxili siyasətlə, iqtisadi-sosial məsələlərlə bağlı iqtiarla müxalifətin fikir alış-verişində olması çox vacibdir. Bu da daha çox iqtidardan asılıdır. İqtidar tərəfdən addımlar atılmalıdır, mən əminəm ki, bu olacaq. Çünki yığılmış problemlərin həlli üçün ümumilli həmrəylik çox vacibdir. Məsələlərə düşünərək baxmaq, idarəetmədə yaranan problemlərin həlli üçün birgə təkliflərlə çıxış etmək mühüm məsələdir. Bunun məntiqi sonucu kimi, yaxın gələcəkdə konstitutsion islahatları, proporsional seçki sisteminə keçidi görürəm. Proporsional seçki sisteminə keçid çox vacibdir. Bunun olması ölkədə yeni bir siyasi mədəniyyətin yaranmasına da səbəb olacaq ki, bu da gələcəkdə iqtidarla müxalifət arasındakı münasibətlərin sivil rəqabət şəklində davam etməsinə şərait yaradacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!