“Müharibə çağırışları ilə iqtidarı, nəticəsi acınacaqlı müharibəyə sürükləmək istəyirlər“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə çağırışları ilə iqtidarı, nəticəsi acınacaqlı müharibəyə sürükləmək istəyirlər“ - Deputat

Siyasət

24 May 2020 22:13 2489


“Əsarət altında yaşamış insanlar müharibələrdə yenidən başqa xalqlara, xüsusilə də özündən çox kiçiklərə məğlub olduqları halda qisas və milli qürurları barədə az düşünür, yeni şəraitə uyğunlaşıb ən ağır mənəvi yük altında altında yaşamağı üstün tuturlar”

Yenisabah.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə deyib. Deputat fikirlərinin davamında maraqlı məqamlara toxunub:

"Vəziyyətin mürəkkəbliyini başa düşməyən müəyyən qism vətənpərvər insanlar, azsaylı gənclər istisna olmaqla, digərləri müharibə çağırışları ilə iqtidarı, nəticəsi ölkəmiz üçün çox acınacaqlı ola biləcək müharibəyə sürükləmək istəyirlər. Ermənin qabağından qaçıb Qarabağı müdafiəsiz qoyan “Surətin uşaqları”ndan qorxub hakimiyəti təhvil verənlər indi Ermənistana savaş açmağımızı istəyirlər. Həm də çox gözəl başa düşürlər ki, Qarabağ savaşındakı ağır məğlubiyyətdən və alçaldıcı atəşkəs sazişindən sonra regionda çox şey dəyişməyib. O zaman necə tək idiksə indi də təkik. Vəziyyətimiz torpaqları bizim kimi işğal olunmuş keçmiş sovet respublikaları olan Ukraynadan, Moldovadan və qonşu Gürcüstandan daha ağırdır. Çünki Qərb həmin dövlətlərin üzləşdiyi ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləsə də Azərbaycana münasibətdə bu mövqedən çıxış etmir".  Dördpendirli pizza

Q.Həsənquliyev ölkəmizdə xaricdən idarə olunan insanların varlığından və onların iqtidardan qisas almaq niyyətindən bəhs edib:

"Bu gün ölkəmizdə hakimiyyət ehtirası ilə alışıb yanan, iqtidardakılardan qisas almaq üçün hər cür xəyanətə hazır olan, xaricdən idarə olunan çoxlu insanlar var. Onların çoxu fikirləşir ki, müharibə başlasa Ermənistan müttəfiqlərinin köməyi ilə Kür çayına qədər torpaqlarımızı işğal edər və onlar da bundan istifadə edib hakimiyyəti dəyişərlər. Çünku birinci savaşdan xalqımızın gücünə, müsəlman dövlətlərin qeyrətinə bələddirlər, onu da bilirlər ki, başlayan kimi müsəlman dövlətlərdən fərqli olaraq inkişaf etmiş xristian Qərb ölkələri Azərbaycana sanksiyalar tətbiq edib, Ermənistana kömək edəcəklər. Həm də təkcə onlar yox, bəzi riyakar müsəlman dövlətləri də. Bunu bildiklərindən, ictimai təzyiqlərə baxmayaraq özləri Azərbaycan Avropa Şurasına üzv olarkən müxalifət partiyaları kimi münaqişənin sülh yolu ilə həllinə dair üzərilərinə götürdükləri öhdəlikdən, hakimiyyət iddialarına Qərbin gələcəkdə ola biləcək dəstəyi naminə imtina etmirlər.

İndi belələrinin iqtidarı müharibənin yenidən başlanmasına yol açacaq addımlar atmağa çağırması sadəcə ikrah doğurur. Bu gün biz müharibə barədə yox, sadəcə “birinci savaşdan sonra niyə vəziyyəti dəyişə bilməmişik və bundan sonra nə etməliyik ki, torpaqlarımız daha 30 il işğal altında qalmasın” mövzusunda siyasi müzakirələr açmalıyıq. İqtidarın siyasi partiyalarla başlatdığı dialoq çərçivəsində ilk müzakirəyə çıxaracağımız mövzu bu olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!