“Müharibə əhval-ruhiyyəsi psixoloji üstünlükdür” –   Sülhəddin Əkbər

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə əhval-ruhiyyəsi psixoloji üstünlükdür” – Sülhəddin Əkbər

Siyasət

20 İyul 2020 18:10 1662


Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Yenisabah.az-ın suallarını cavablandırır.

- Sülhəddin bəy, “iyul döyüşləri” şərh edilərkən regionda geopolitik qarşıdurmaların kəskinləşməsi önə çəkilir. Amma Azərbaycan mövqelərinin qəfil atəşə tutulmasını Ermənistanın növbəti təxribatı kimi qiymətləndirənlər də var. Bəs sizin fikrinizcə, baş verənlər nədir: Sıradan bir təxribat, yoxsa geopolitik oyunların tərkib hissəsi?

- Mən onun tərəfdarıyam ki, bu hadisəyə qiymət vermək üçün ona həm lokal, həm də dünyada gedən proseslər kontekstində baxmalıyıq. Dünaynın sürətlə qloballaşdığı, yeni dünya nizamnın qurulduğu, pandemiyanın dünya nizamı quruculuğunu sürətləndirdiyi, geopolitik qarşıdurmaların həm qlobal həm də regional müstəvidə həlledici mərhələyə daxil olduğu bir vaxtda konkret hadisıləri yalnız yerli səbəblər axtarmaqla analiz edib nəticə çıxarmaq bizi yanlış yola yönləndirər. Ona görə də biz bu hadisələrə kompleks baxmalıyıq. Fikrimcə, “iyul döyüşləri”nin səbəbləri araşdırılarkən aşağıdakı məsələlərə diqqət edilməlidir: Dördpendirli pizza

1.Yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal, regional və lokal miqyasda həlledici mərhələyə daxil olması;

2. SSRİ-nin dağılmasını “XX əsrin geopolitik fəlakəti” hesab edən Putinin imperiya torpaqlarını yenidən toparlamaq, postsovet ölkələrini (ilk növbədə Ukrayna, Belarus, Qazaxıstan), o cümlədən Azərbaycanı istədiyi duruma gətirmək siyasətinin növbəti, bəlkə də, son mərhələsinin başlanması; 

3. ABŞ “Dərin dövləti”nin, xüsusilə anqlo-sakson qanadının 2021-ci ildə Rusiyanı strateji hədəf taxtasına qoymağa hazırlaşması, yəni gələn il Rusiya məsələsinin gündəliyə gəlməsinin gözlənilməsi;

4. “Five Eyes”-ın (“5 Göz” – ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zellandiyanın kəşfiyyat alyansı) artıq bu yöndə fəaliyyətə keçmək haqqında qərar verməsi;

5. Gündəlikdə “asılı durumda” olan qonşu İrana xarici hərbi müdaxilənin gözlənilməsi;

6. ABŞ, Böyük Britaniya və AB ilə RF arasında “qaz müharibəsi”nin başlaması, qardaş Türkiyənin (birbaşa və dolayısilə) və Azərbaycanın (dolayısilə) da bu müharibəyə cəlb olunması;

7. ABŞ-ın RF-nin “Şimal axını-2” qaz layihəsini və “Türk axını”nın 2-ci xəttini sanksiyalarla təhdid etməsi (Pompeonun açıqlaması);

8. Avropa Birliyinin yeni “Hidrogen strategiyası”nı (“Yaşıl hidrogen və bərpa olunan ammonyak dəyər zənciri” strategiyası) qəbul etməsi və 2025-ci ildən etibarən Rusiyadan qaz almamağı nəzərdə tutması;

9. Türkiyənin qaz idxalında RF-nin payının kəskin azalması, əksinə Azərbaycanın payının kəskin artması və birinci yerə çıxması;

10. Bu ilin oktyabr-noyabr ayında TAP layihəsinin istifadəyə verilməsinin nəzərdə tutulması;

11. Türkiyə-Rusiya qarşıdurmasının Liviya və Suriyada yeni mərhələyə keçməsi; 

12. ABŞ və NATO-nun yaxın perspektivlə bağlı olan Qara dəniz planlarında Türkiyəyə xüsusi yerin ayrılması;

13. Türkiyə-Ukrayna yaxınlaşması (xüsusilə hərbi, hərbi-texniki sahədə);

14. Bütün bunların hamısının Cənubi Qafqaz Dəhlizinə – Azərbaycanı Türkiyə və Avropaya bağlayan enerji, nəqliyyat və kommunikasiya dəhlizinə yansıması;

15. Və Rusiyanın Ermənistanın əli ilə bu “dar boğaz”ı sıxaraq çoxyönlü cavab verməsi və bütün tərəflərə güclü mesaj göndərməsi;

Nəhayət, təbii, işğalçı Ermənistanın, eyni zamanda Rusiyanın Ermənistan və Azərbaycandakı “5-ci kolon”larının yaranmış durumdan yararlanmağa çalışması nəzərə alınmalıdır.

- Bu geopolitik təlatümlərdən uduşla, ən pis halda minimum itkilərlə çıxmaq üçün rəsmi Bakı hansı addımları atmalıdır?

- Burada 2 həssas məsələ var. Birincisi, nəzərə alınmalıır ki, bu, strateji, uzunmüddətli qarşıdurmadır. Belə qarşıdurmalarda həmişə strateji resursları böyük olanlar qalib gəlir. Hesab edirəm ki, bu dəfəki qarşıdurmada heç şübhəsiz soyuq müharibənin qalibi olan Qərb qələbə qazanacaq. Azərbaycan bunu nəzərə alınmalıdır. Amma təbii ki, bu qələbəyə qədər dözüb ayaqda qalmaq lazımdır. Azərbaycan kiçik ölkədir, müstəqilliyini yeni bərpa eləyib, ərazısının bir hissəsi işğal altındadır, dövlət olaraq hələ möhkəmlənməyib və s. Azərbaycan strateji planda bunu nəzərə almalı, operativ taktiki planda isə təbii ki, ehtiyatlı addımlar atmalıdır. 

- Konkret hansı addımlardan söhbət gedir?

- İlk növbədə istiqamət düzgün seçilməlidir. ABŞ, Böyük Britaniya, NATO, İsrail, Türkiyə və Pakistan istiqaməti seçilməlidir. İndidən bu istiqamətdə qəti və ardıcıl addımlar atmağa başlamalıdır. Bu addımlar ilk növbədə Türkiyə ilə atılmalıdır. Hesab edirəm ki, Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə hərbi müttəfqilik barədə saziş imzalamalıdır. Doğrudur, Azərbaycanla Türkiyə arasında 2010-cu ildə strateji tərəfdaşlıq müqaviləsi bağlanıb. Lakin bu yetərli deyil. Çünki bu müqavilədə tərəflərdən birinə hərbi təcavüz avtomatik olaraq digərinə hücum kimi qiymətləndirilmir. Strateji tərəfdaşlıq müqaviləsinə görə tərəflərdən biri hərbi təcavüzə məruz qalarsa, tərəfdaşına müraciət edir, ikinci isə imkanlarını nəzərə alaraq yardım edir. Hərbi müttəfqilikdə isə tərəflərdən birinə hücum avtomatik olaraq digərinə hərbi təcavüz kimi dəyərləndirilir. 

- Yeri gəlmişkən, Azərbaycan-Türkiyə konfederasiyası gündəmə gəlib...

- Yuxarıda qeyd etdim ki, kiçik amma qətiyyətli və ardıcıl addımlar atılmalıdır. Çay gəlməmiş çırmanmağa ehtiyac yoxdur. Türkiyə ilə konfederasiyadan əvvəl atılmalı addımlar var. Məsələn, birini bayaq dedim, hərbi müttəfqilik. Bundan başqa, Azərbaycan Türkiyə ilə müştərək silahlı qüvvələr yarada bilər və həmin qüvvələr Azərbaycanda yerləşdirilə bilər. Rusiya ilə Ermənistanın birgə yaratdığı silahlı qüvvələr. Oxşar addımı Azərbaycan Türkiyə ilə ata bilər.

Daha sonra Azərbaycan NATO ilə yaxınlaşmalıdır. Bəzən deyirlər ki, Gürcüstan və Ukrayna NATO-ya üzv olmaq istəyir, amma onları yaxın buraxmırlar. NATO-ya üzvlükdən əvvəl atılası addımlar var axı. Məsələn, Azərbaycan NATO ilə genişləndirilmiş və dərinləşdirilmiş özəl tərəfdaşlıq müqaviləsi imzalaya bilər. İkincisi, ABŞ-la onun NATO-dan kənar əsas müttəfqinin olması üçün danışırlara başlamaq olar. Avropa Birliyi ilə assosiativ saziş imzalanması üçün, Gürcüstanla birgə yaxud təkbaşına Cənubi Qafqazdakı enerji, nəqliyyat və kommunikasiya dəhlizinin mühafizəsi ilə bağlı ABŞ, Böyük Britaniya, NATO və Türkiyə ilə danışıqlara başlamaq xeyrimizə olardı. Çünki bu dəhlizin mühafizəsi elə Azərbaycanın mühafizəsi deməkdir. 

- Cəmiyyətdə müharibə əhval-ruhiyyəsi  yüksəkdir. İşğal olunmuş torpaqları azad etmək üçün müharibə çağırışları edilir. Sizcə, indiki vəziyyətdə Azərbaycan hərbi əməliyyatlara başlamalıdırmı?

- Müasir müharibələr strateji xarakter alıb. Yəni, indi müharibələr əvvəllər olduğu kimi yalnız hərbi müstəvidə deyil, hərtərfəli çapda aparılır. Ona görə də Azərbaycan yalnız hərbi cəhətdən hazır olmamalıdır. Diplomatik cəbhədə də, informasiya sahəsində də, həmçinin siyasi, iqtisadi, psixoloji cəhətdən də hazırlıqlı olmalıyıq. Azərbaycan cəmiyyətində müharibə əhval-ruhiyyəsi olması psixoloji üstünlükdür və bu sevindirici haldır. İndi bu müsbət meyli doğru-dürüst idarə etmək lazımdır. Yenə də deyirəm, nəzərə almaq lazımdır ki, geopolitik, strateji savaşın içindəyik. Maksimum diqqətli olmalıyıq. 

- General-mayor Polad Həşimovun şəhid olması barədə müxtəlif versiyalar səsləndirilir. Onun ölümü hansısa kənar qüvvələrin müdaxiləsi ilə izah edilir. Bu barədə nə düşünürsünüz? 

-Mən bu cür məsələlərdə həmişə onun tərəfdarıyam ki, mütləq obyektiv istintaq aparılmalı. Bu məsələ hərtərəfli araşdırılmalıdır. Təkcə Müdafiə Nazirliyi səviyyəsində deyil, Dövlət Təhülkəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Hərbi Prokurorluq  da araşdırma apamalıdır. Təbii ki, proses dövlət başçısı və Təhlükəsizlik Şurası tərəfindən koodinasiya olunmalıdır. Yalnız hərtərəfli araşdırmadan sonra bu bu məsələ barədə konkret fikir bildirmək olar. Yoxsa mən də öz bilik və təcrübəmdən istifadə edərək çoxsaylı versiyalar irəli sürə bilərəm. Amma bununla məsələyə aydınlıq gətirmək əvəzinə, səhv istiqamətə yönələ bilərik. 

- Sülhəddin bəy, bir partiya sədri kimi necə düşünürsünüz, müxalifət indiki vəziyyətdə vəzifəsi nə olmalıdır?

- Əslində belə bir vəziyyətdə hakimiyyət-müxalifət bölücülüyü olmamalıdır. Amma təəssüf ki, Azəbaycandakı mövcud siyasi mədənyyət və siyasi münasibətlər sistemi buna imkan vermir. Əslində dövlət maraqlı olmalıdır ki, indiki vəziyyətdə ortaya ortaq stareji ağıl qoyulsun. Bunun üçün heç kinin siyasi mənsubiyyəti sorğulanmamalıdır. Bu hərbi məsələ olduğuna görə yaxşı olardı ki, toplantılar qapalı olsun.Bu toplantılarda yaranmış vəziyyət hərtərəfli təhlil olunmalı və dövlətə ortaq strateji ağlın məhsulu olan təkliflər verilməlidir. 

Konkret olaraq sədri olduğum Azad Demokratlar Partiyası bununla bağlı təkliflər paketi hazırlayıb və artıq bu sənəd Prezident Administrasiyasına göndərilib. Lakin hesab edirəm ki, hakimiyyət-müxalifət bölücülüyü bir kənara qoyularaq birgə bu məsələlərə araşdırılmalı, təhlil edilməli və ölkənin xilasına çalışılmalıdır. 

Vidadi Məmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!