Müharibə veteranlarına verilən 80 manatla bağlı   GÖZLƏNİLƏN XƏBƏR - YENİ MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR - YENİ MƏBLƏĞ

Sosial

22 May 2025 18:43 38772


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir. Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur. 

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı? Pepperoni pizza

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”. 

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək. Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.

Aydın Hüseynov Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq. 

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M
    Vay vay bu ne biyaburciliqdr her sey olkede baha veteranlara verdiyi 80 manat bikdiyin yola vermek kimi cxr o pul minumim 250 300 arasi olmalidi
    12 months ago
  • M
    Vay vay bu ne biyaburciliqdr her sey olkede baha veteranlara verdiyi 80 manat bikdiyin yola vermek kimi cxr o pul minumim 250 300 arasi olmalidi
    12 months ago
  • Tumarxan
    12 manatla yaramizi sagalda bilecekler? Bu boyda insafsizdig olmaZ axi . Allah goturmez bunu
    12 months ago
  • Tahir alıyev
    Qorxuram 80 manatı da azaldarlar.Bu deputatlardan nə desən gözləmək olar.Artım onların özləri üçündür.
    12 months ago
  • Tahir alıyev
    Qorxuram 80 manatı da azaldarlar.Bu deputatlardan nə desən gözləmək olar.Artım onların özləri üçündür.
    12 months ago
  • ilkan
    əzyət olare????
    12 months ago
  • Mirqamət
    Hələ 80 manatda artıb artmaması sual doğurur belə iş olar. Hər şeyin günü gündən artdığı dövrdə vetiranlar illərdi 80 alır hələ deyillər bəlkə artdı o da 92 olacaq başdarına dəysin belə artım
    12 months ago
  • PƏRVİN
    Bu olkede qelebe qazanib sag qalan ogulara deyer verilmir bizlerde haqimiza girenleri Allaha tapsirmisiq!
    12 months ago
  • Gizli
    azeribaycanda olan biyabirçiliğ hecbir olkede yoxur kaş xarici dovletin vetendasi olardim tupueub birdefeliy burdan baş goturub getmey lazimdir nazirler 4min 5 mine masin ala bilmirler deye şikayet edirler hakimler 4 min 5 min pensiya hele azdir deyir yaxsi 80 alan veteran neynesin mezelenirler milletle qoyun yerine qoyublar milleti
    12 months ago
  • Herkimdi
    92manat nedi day verdiyi 80manati alsin vermesinde azerbaycanda yawayis 0nol
    12 months ago
  • Xəyal
    80 manat müavinət deyirsiz ki kominal xərclər üçündü kominalar 3 dəfə artım bu bə bu müavinət niyə artırmırki başqa vaxtı haqq ədalət deyilir budu haq ədalət
    12 months ago
  • Ramin
    11 ildən sonra 8 manatda artırarsız bütöv 100 manat olsun. Dağıl ay dünya.
    12 months ago
  • ELHAN
    Xahiş edirəm hörmətli deputat aydın hüseynovdan soruşun özü vəya yaxın qohumu müharibədə olub. Əyər mənim bu müraciətim təhqir ya söyüş kimi qəbul olunursa qəbul etməyin.
    12 months ago
  • Ilkin
    Salam 2 manat neye goredi 150 olurdu olmadi dusduz 92 manata he basqa nese olanda tez qaldira bilriszi qiymetderin nazir pensiya alir 1000 cox qarabagda doyusen bu dovlet ucun cani qoyan 80 manat duzdu bu haqdi
    12 months ago