“Müharibə ya bu gün başa çatacaq, ya da dəhşətli qırğınlar olacaq“

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə ya bu gün başa çatacaq, ya da dəhşətli qırğınlar olacaq“

Maraqlı

09 Mart 2022 15:52 2599


Rusiya-Ukrayna müharibəsinin 14-cü günündə insanlar ümid üçün ən kiçik səbəb axtarırlar.

 Bəs görəsən, astroloqların 2022-ci ildə Rusiya və Ukrayna arasında müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozları varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan astroloq Səbuhi Rəhimli bu müharibəmim sonunu öncədən bilməyin çox çətin olduğunu bildirib: Marqarita pizza

“Mən hər il ictimai-siyasi mövzuda 25 proqnoz verirəm. İldə 25 proqnozdan ikisi, bəzən üçü səhv çıxıb. Bəzən elə olub ki, 25-i də düz çıxıb. İnsanıq, bəzən yanlışlıqlar ola bilir. Rusiya-Ukrayna arasında müharibə olmayacaq deyə dekabr ayında bir proqnoz vermişdim. Görünür, burada nələrisə nəzərə almamışıq, çünki mənim hesablamam bunu göstərirdi. Ola bilər ki, burada siyasi yaxud da kəşfiyyat xarakterli məlumatlar olub, biz bunu bilə bilmərik. Təkcə astrologiya ilə siyasi proqnoz vermək olmur. Ümumi mənzərə yaradılır və bir az da  gərək proqnoz verənin coğrafi, siyasi, analitik qabiliyyəti ola ki, bunları da onun gözünə qata. Birmənalı şəkildə astrologiya bütün suallara cavab tapmağa kömək etmir. Bu baxımdan məndə də proqnozlar yanlış çıxıb. Ona görə indi bir fikir deməkdə çətinlik çəkirəm. Proqnozların hamısı səhv çıxdı. Hətta Dombasa rus ordusu girəndə müharibə olmayacağı, Kiyevin işğal edilməyəcəyi barədə demək olar ki, bütün politoloqlar, siyasi şərhçilər öz fikirlərini demişdi. Yalnız Amerika deyirdi ki, Rusiya Ukraynanı işğal edəcək”.

Astroloq bu gün - 9 mart müharibə ilə bağlı həlledici gün olduğunu deyib. Onun proqnozlarına görə, bu gün ya müharibə dayanacaq, ya da daha dəhşətli hadisələr baş verəcək:

“Kiyevdən olan soydaşlarımız məndən soruşanda “9-a qədər Kiyev getməyəcək” demişdim, amma sonrasını bilmirəm, yalnız onu deyə bilərəm ki, bu gün həlledici bir gündür. Ya qəfil müharibə dayana bilər, ya da daha dəhşətli hal alacaq. Kiyev və digər şəhərlər işğal olunacaq. Mən proqnoz kimi bunu deyə bilərəm. Müharibə bir fərdin məsuliyyətində olmadığına görə, proqnozlaşdırmaq çətindir. Tək Putinin iradəsi olsa, onu hesablamaq olardı. Mən 2020-ci ildə Qarabağda müharibə olmayacağını da demişdim, çünki Paşinyanı, Putini, İlham Əliyevi hesablayıb bu qənaətə gəlmişdim. Sırf təsadüfdən, bir NATO generalının Qarabağa gəlib Paşinyanla söhbətindən sonra qəfil bu qərarın verilməsi gətirib müharibəyə çıxardı. Mən onda gərək NATO-dan gələn generalın da astroloji xəritəsini hesablayaydım ki, proqnoza bunu da qataydım. Gördüyünüz kimi daşların hamısı yerində olmadığına görə proqnoz yanlış oldu. Biz görücü deyilik, qeybdən xəbərlər vermirik, peyğəmbər deyilik, adi adamıq. Sadəcə indiyə qədər təcrübədən keçirdiyim metodları istifadə etdim, nəticə də belə oldu. Qeyri-adi bir şey deyə bilməyəcəyəm, çünki yoxdur. Özüm də bir vətəndaş kimi bütün hadisələri izləyirəm, nəticəyə varmaq istəyirəm, nəticə isə hələ ki, yoxdur”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!