Müharibəni yenidən başlatmaq istəyən qüvvələr var

saytların hazırlanması

Evə çatdırılma

Müharibəni yenidən başlatmaq istəyən qüvvələr var

Rəsmi

18 İyul 2021 08:02 5289


“Azərbaycanla Ermənistan arasında müharibə başlamasını istəyən qüvvələr mövcuddur. Bu qüvvələr həm Ermənistanın daxilində, həm də bu müharibədən istifadə edib regionu özünə tabe etmək istəyən Rusiyada vardır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Ermənistanda bu qüvvələr Paşinyan və onun komandasına, hətta Müdafiə Nazirliyinə tabe olmur:

“Bu generallar, polkovniklər Rusiya Müdafiə Nazilriyinin baş kəşfiyyat qərargahına – birbaşa Putinə tabedir və onun tərəfindən idarə edilir. Pepperoni pizza

Hadisələrin bu istiqamətdə inkişafını qətiyyətlə almaq lazımdır. Vətən müharibəsində göstərilən qətiyyət yenidən özünü göstərməlidir.

İlk növbədə Paşinyan konstitusiya məhkəməsinin qərarından sonra hakimiyyəti yeni hökümətlə götürməli və ordusunu başqa ölkənin ağentləri zabit və generallardan çəkinmədən təmizləməlidir. 

İkincisi başqa ölkələrə agentlik edib daxildə xaos yaratmaq istəyən siyasi qüvvələri xalqının məhkəməsinə verməyə cəhd göstərməlidir, başqa sözlə iç üzlərini açmalı, bu işdə suçlananları həbs etdirməlidir.

Azərbaycan sərhədlərində məqsədyönlü provokasiya yaradanlara özünün təmkini və ara sıra, bizə atəş açan silahlıları (sərhədi keçməmək şərtilə) kütləvi atəşlə məhv etməlidir. Bütün sərhəd boyu baş verən hadisələri göstərən və yazan cihazlarla nəzarətdə saxlamalıdır. Azərbaycanın apardığı müstəqil siyasət artdıqca ona qarşı təxribatlar artacaq. Şimalda Azərbaycanın heç bir dostu qardaşı yoxdur, heç vaxt olmayıb və yaxın gələcəkdə olmayacaq.

Azərbaycan silahlı qüvvələrinin qaymaqlarını Şuşa, Qubadlı, Laçın rayonlarında gücləndirmək və bu zonadakı Rusiya silahlı qüvvələrinin səlahiyyətlərini tədricən məhdudlaşdırmaq lazımdır. İlk növbədə Laçın dəhlizinin Ermənistanla sərhədində Azərbaycan sərhəd qoşunları yerləşdirilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!