Müharibənin bitəcəyinə dair yeni tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin bitəcəyinə dair yeni tarix açıqlandı

Dünya

23 Mart 2026 21:04 1005


ABŞ İranla münaqişəni aprelin 9-na qədər həll etmək üçün razılığa gəlməyi planlaşdırır.

"Yeni Sabah" Ynet-ə istinadla xəbər verir ki, İsrail mənbəsi amerikalıların  danışıqları davam etdirəcəyini iddia edib.

O iddia edir ki, münaqişənin bitməsi ABŞ prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü şənliklərində (21-22 aprel) iştirak edərək ölkənin ən yüksək mükafatını almaq imkanı verəcək. pizza

ABŞ-İran danışıqları bu həftə Pakistanda planlaşdırılır.

"Fox Business"ə verdiyi müsahibədə Tramp İranla razılaşmanın növbəti 5 gün ərzində əldə edilə biləcəyini bildirib. O daha sonra CNN-ə deyib ki, həm Vaşinqton, həm də Tehran razılığa gəlmək istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!