Müharibənin ən kiçik qurbanları - Eyni küvəzdə 4 körpə   +  FOTO

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin ən kiçik qurbanları - Eyni küvəzdə 4 körpə + FOTO

Dünya

10 İyul 2025 14:11 433


İsrailin Qəzzaya qarşı davam edən hücumları səbəbilə bölgədəki səhiyyə sistemi çöküb. Doğum klinikaları, uşaq xəstəxanaları və reanimasiya şöbələri artıq fəaliyyət göstərməkdə çətinlik çəkir. Qəzzalı həkimlər isə tibbi avadanlıq çatışmazlığından dolayı bir neçə yeni doğulmuş körpəni eyni küvəzdə saxlamağa məcbur olurlar.

Yenisabah.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq üzrə yardım agentliyi olan "UNRWA" bu acı vəziyyətlə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, doğum şöbələrində oksigen çatışmazlığı yaşanır, elektrik fasilələri səbəbindən inkubatorlar işləməkdə çətinlik çəkir. Bunun nəticəsində isə körpələrin həyatı təhlükə altına düşür.

"UNRWA"nın paylaşdığı görüntülərdə eyni küvəzdə 3-4 körpənin birlikdə yatırıldığı müşahidə olunur. Bu isə infeksiyaların yayılma riskini artırır və həyatlarını daha da təhlükəyə atır. Dördpendirli pizza

Təşkilatın nümayəndələri bildiriblər ki, səhiyyə sisteminin dağılması nəticəsində Qəzzada minlərlə insan lazımi tibbi yardım ala bilmir. Xüsusilə, doğum və uşaq şöbələrində vəziyyət kritik həddə çatıb.

"UNRWA" beynəlxalq ictimaiyyətə çağırış edərək, Qəzzaya dərhal tibbi humanitar yardım göstərilməsini və müharibənin uşaqlar üzərindəki dağıdıcı təsirinə son qoyulmasını tələb edib.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!