Müharibənin yeni mərhələsi başladı – Xamenei açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin yeni mərhələsi başladı – Xamenei açıqladı 

Dünya

18 İyun 2025 09:11 363


İranın Ali Rəhbəri Əli Xamenei İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib.

Oxu.Az xəbər verir ki, Ə.Xamenei "X" hesabında paylaşım edib.

"Heydər adına döyüş başlayır. Əli Zülfüqar qılıncı ilə Xeybərə qayıdır", - Ə.Xamenei qeyd edib. Pepperoni pizza

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatının başladığını elan edib və İsrailə raket zərbələri endirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!