Mülki əhaliyə qarşı təxribatlar kəskin şəkildə qınanıb

saytların hazırlanması

Evə çatdırılma

Mülki əhaliyə qarşı təxribatlar kəskin şəkildə qınanıb

Siyasət

15 Oktyabr 2020 16:11 735


TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb.

Bu barədə yenisabah.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarını ağır artilleriya və raket atəşinə tutması, mülki əhalini və mülki obyektləri hədəfə alması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb. pizza

Baş katib bu hücum nəticəsində dinc vətəndaşların itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını diləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!