“Mümkün qədər çox qol vurmaq istəyirəm” - “Sabah“ın yeni transferi 

saytların hazırlanması

Evə çatdırılma

“Mümkün qədər çox qol vurmaq istəyirəm” - “Sabah“ın yeni transferi 

İdman

10 İyul 2024 13:04 825


“Burada olmaqdan xoşbəxtəm. Mənimçün yeni çağırışdır. Yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu komanda ilə uğur qazanmaqdır". 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Sabah”ın yeni transferi Pavol Şafranko klubun saytına açıqlamasında deyib.

Paytaxt təmsilçisinə keçidindən danışan slovakiyalı hücumçu çox qol vurmaq istədiyini bildirib: "Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerlərdə olmaq istəyirəm”. Dördpendirli pizza

Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Peşəkar futbolçu olmağımda qardaşımın böyük rolu var. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.

Forvard azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər və dəstək olsunlar. Mən və komanda yoldaşlarım yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, "Sabah" Pavol Şavranko ilə 2 illik müqavilə bağlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!