"Mümkünsə sevgisini klubdan ayrılaraq göstərsin" – Acundan şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

"Mümkünsə sevgisini klubdan ayrılaraq göstərsin" – Acundan şok açıqlama

İdman

24 Fevral 2020 10:17 1009


Türkiyəli iş adamı Acun Ilıcalı "Fənərbaxça" – "Qalatasaray" matçından sonra (1:3) maraqlı açıqlama verib. "Yeni Sabah" xəbər verir ki, məşhur şoumen oyunda "sarı-qırmızılar"a penalti qazandıran Jailson Markesi tənqid edib. Jurnalist Çingiz Səmərcioğlunun Ilıcalıya ünvanladığı "Səncə, oyunda ən böyük xəyal qırıqlığı yaşadan futbolçu kim oldu?" sualına iş adamı bu cür cavab verib: "Jailson ən böyük xəyal qırıqlığıdır. Ondan bir xahişim var. "Fənərbaxça"dan getsin. Mümkünsə, "Fənərbaxça"ya sevgisini tezliklə klubdan ayrılaraq göstərsin". Qeyd edək ki, Jailson 2018-ci ilin avqustunda "sarı lacivərtlilər"lə müqavilə imzalayıb. Yarımmüdafiəçi ilə 2020-ci ilin yayına qədər anlaşma əldə edilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!