Müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəlinib - Mirzoyan açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəlinib - Mirzoyan açıqladı

Siyasət

05 Dekabr 2024 22:50 638


"Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddədən 15-i üzrə razılığa gəliblər".

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. Sezar pizza

O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib.

Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!