Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı

Şou

28 Avqust 2020 23:45 2800


Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.

Yenisabah.az Axşam.az-ın əldə etdiyi məlumata görə, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək. Toyuqlu pizza

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq.

“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!