Murad Köhnəqala da saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Murad Köhnəqala da saxlanıldı

Kriminal

19 Avqust 2020 15:08 1291


Şair Murad Köhnəqala da saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk Arqument.az-a məlumat verib.

O bildirib ki, dünən günorta saatlarından Murad Köhnəqaladan məlumat ala bilməyib. Dördpendirli pizza

Yoldaşı deyir ki, Murad Köhnəqalanı 18-ci polis bölməsində görüblər.

"Dünən danışdım, şəhərdə idi. Günortadan sonra əlaqə saxlamaq mümkün olmadı. Murad ayın 16-17-də Kəramətlə qalıb. Kəramət canlı yayıma çıxanda valideynləri zəng edib ondan xahiş ediblər ki, Kəraməti dayandırsın. Kəramətlə aralarında mübahisə yaranıb, Kəramət söyüb Muradı. Murad da onun evini tərk edib. İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”, - Şəlalə Göytürk deyib.

Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsinin mətbuat xidmətləri arqument.az-a Murad Köhnəqalanın saxlanılmasından məlumatsız olduqlarını deyiblər.

Xatırlatma:

Avqustun 18-də yazıçı Kəramət Böyükçöl canlı yayıma çıxdığına görə saxlanılıb.

Polis onun qonşuların şikayəti əsasında saxlandığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!