Murov dağından Laçın şəhərinədək ümumi uzunluğu 17,5 kilometr olan 12 tunel tikilir

saytların hazırlanması

Evə çatdırılma

Murov dağından Laçın şəhərinədək ümumi uzunluğu 17,5 kilometr olan 12 tunel tikilir

Rəsmi

21 Sentyabr 2022 20:36 1028


Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü – Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək - iki ilə, maksimum iki il yarıma çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada yaşayacaqlar.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib.

Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır”. Dördpendirli pizza

Prezident qeyd edib ki, elektrik enerjisi ilə bağlı Laçına dərhal mütəxəssislər ezam olundu, elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!