Musa Əzizov faciəvi şəkildə öldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Musa Əzizov faciəvi şəkildə öldü - FOTO

Hadisə

05 Noyabr 2023 11:20 13983


Tanınmış pedaqoq Musa Əzizov (Musa Əziz) faciəli şəkildə vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, M.Əziz yolu keçərkən onu avtomobil vurub. Marqarita pizza

Nəticədə ziyalı dünyasını dəyişib. Hadisənin Gəncə şəhərində baş verdiyi qeyd edilir.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət Kəlbəcərdə çıxan "Yenilik" ("Kəlbəcər harayı") qəzetinin əməkdaşı olub.    

M.Əzizov həm də YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!