Musa İsveçdə şou göstərdi: Bir oyunda 2 qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Musa İsveçdə şou göstərdi: Bir oyunda 2 qol vurdu

İdman

28 Avqust 2023 10:42 570


Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda "Deqefors"u qəbul edib. Görüş "Yurqorden"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib. Musa görüşdə dubl edib və 1 qolun ötürməsini verib. O, het-trik etməyə yaxın olsa da, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Sezar pizza

Xatırladaq ki, M. Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub. Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub.

Qeyd edək ki, "Yurqorden" hazırda 37 xalla 4-cü, "Deqefors" 20 xalla 14-cüdür.

27 avqust

19:30. "Yurqorden" - "Deqefors" - 4:1 

Qollar: Qustav Medonsa Uikhem, 2 (Qol ötürməsi: Musa Qurbanlı), Yozef-Klaud Qyau, 20 (1:1), Musa Qurbanlı, 23 (2:1), 34 (3:1), Markus Danielson, 64

Qeyri-dəqiq penalti zərbəsi: Musa Qurbanlı, 58 ("Yurqorden") 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!