"Yurqorden"in baş məşqçisi Tomas Laqerlöf futbolçusu Musa Qurbanlının çıxışı ilə bağlı fikirlərini bildirib.
Yenisabah.az İsveç mətbuatına istinadən xəbər verir ki o, bu haqda jurnalistlərə açıqlamasında danışıb.
"Yurqorden" İsveç çempionatının 27-ci turunda öz meydanında "Hammarbü"nü qəbul edəcək. Oyun oktyabrın 22-də keçiriləcək. İsveçli jurnalistlər məşqçidən Musanın çempionatın 10 turunda cəmi 2 qol vurmasının səbəbləri barədə soruşub. Sezar pizza
T.Laqerlöf 21 yaşlı azərbaycanlı futbolçunu müdafiə edib. O bildirib ki, M.Qurbanlı yaxşı oyunçudur və son dərəcədə qətiyyətlidir. "Bir çox yeniyetmə oyunçu ondan öyrənə bilər".
T.Laqerlöf M.Qurbanlının bir neçə qol imkanından faydala bilmədiyini də deyib. Mütəxəssis deyib ki, M.Qurbanlıya vaxt lazımdır.
Telegram kanalımız