Musa Quliyevin dairəsində 1 məntəqə ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Musa Quliyevin dairəsində 1 məntəqə ləğv edildi

Siyasət

20 Fevral 2020 16:31 958


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. "Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Namizəd Zeynalova Sitarə müraciətində bildirib ki, səsvermə günü bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini qeyd edib. Araşdırma zamanı məlum olub ki, seçicilərin iradəsinə təsir edən hal yoxdur. Yalnız 8 saylı məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilib. Qeyd edək ki, həmin dairədə lider namizəd Musa Quliyevdir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!