Musa Qurbanlı bu gün İsveçdə debüt edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlı bu gün İsveçdə debüt edə bilər

İdman

22 İyul 2023 12:34 992


Azərbaycan millisinin üzvü Musa Qurbanlının yeni klubu "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununu keçirəcək. 

Yenisabah.az xəbər verir ki, komanda 17-ci turda "Elfsburq"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Musa bu oyunda meydana çıxarsa, İsveç çempionatında və "Yurqorden"də debüt etmiş olacaq. 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.  pizza mizza

Qeyd edək ki, "Elfsburq" çempionatın turnir cədvəlində 36 xalla 1-ci (15 oyun), "Yurqorden" isə 30 xalla 4-cüdür (16 oyun). 

17:00. "Yurqorden" - "Elfsburq" 

Baş hakim: Fredtik Klitte 

"Tele2 Arena" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!