Musa Qurbanlı bu gün “Yurqorden“də debüt edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlı bu gün “Yurqorden“də debüt edə bilər

İdman

17 İyul 2023 14:43 849


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı bu gün İsveçin "Yurqorden" klubunda debüt edə bilər. 

Yenisabah.az xəbər verir ki, onun yeni komandası İsveç çempionatının 15-ci turunda "Malmö"nü qəbul edəcək. 

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunun iştirak ərizəsində Musanın adı da var. Lakin İsveçin  “fotbollskanalen" nəşrinin yaydığı məlumata görə, 21 yaşlı hücumçunun işçi vizasının alınmadığına görə onun debütü ləngiyə bilər. Qeyd olunub ki, Musa ilə yanaşı yeni transfer Feliks Va də eyni səbəbdən bugünkü görüşdə iştirak etməyə bilər. Gün ərzində sənədlərlə bağlı məsələ həll olunmasa, hər iki oyunçunun adının iştirak ərzizəsindən çıxarılacağı bildirilib.  Pepperoni pizza

Xaırladaq ki, "Yurqorden" "Qarabağ"dan transfer etdiyi Musa Qurbanlı ilə 3 illik müqavilə bağlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!