Musa Qurbanlı İsveçdə daha bir qol vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlı İsveçdə daha bir qol vurdu 

İdman

27 Fevral 2024 15:54 1082


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib. 

Yenisabah.az xəbər verir ki, o, Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb. Matç "Yurqorden" U-21-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.  M.Qurbanlı start heyətdə meydana çıxıb və penaltidən komandasının ilk qolunun müəllifi olub. 

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb.  Toyuqlu pizza

Qeyd edək ki, İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!