Musa Qurbanlı “Qarabağ”la vidalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlı “Qarabağ”la vidalaşdı

İdman

05 İyul 2023 00:57 2454


Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "Qarabağ"la vidalaşıb.

Yenisabah.az xəbər verir ki, 21 yaşlı hücumçu bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.

"Qarabağ" ailəsi! Mənə ilk gündən doğma olan, həyatımın ayrılmaz parçası halına gəlmiş klubumdan karyeramda yeni səhifə açmaq üçün ayrılıram. Lap uşaqlıqdan bu gözəl ailənin içində oyunları böyük heyranlıqla izləyərək, bir gün meydanda olmaq xəyalı ilə böyümüşəm. Çox şükür, bu arzumu həyata keçirmək mənə nəsib oldu! Karyeramın ilklərini, ən gözəl anlarını burada yaşadım, unudulmaz və dəyərli dostlar, xatirələr, təcrübə qazandım. Amma yeni çağırışların arxasınca getmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək vaxtıdır. İlk növbədə, daim mənə dayaq olan atama və ailəmə, futbolçu və insan kimi yetişməyimdə əməyi olan hər kəsə, rəhbərliyimizə, məşqçilərimizə, tibbi heyətimizə, keçmiş və indiki komanda yoldaşlarıma, bazamızda bizim üçün zəhmət çəkən bütüm işçilərə və məni ilk gündən dəstəkləyən bütun azarkeşlərimizə sonsuz minnətdaram. Dominos pizza

Həmçinin üzərimdə böyük əziyyəti olan “Neftçi"yə, akademiyadakı məşqçilərimə, karyeramda çox önəmli yeri olmuş ”Zirə” və həmişə mənə hədsiz dəstəyini əsirgəməyən məşqçim Rəşad Sadıqova dərin təşəkkürlərimi bildirirəm.

Əziz və dəyərli, “Qarabağ” ailəsi! “Qarabağ” bir futbol klubundan çox daha artıqdır. "Qarabağ" bir ailə, məktəbdir. Haqqınızı halal edin, hamınız üçün darıxacağam, görüşənədək", - gənc forvard yazıb.

Qeyd edək ki, Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna keçəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!