“Müsahibəmi sildiriblər!” - Mehriban Xanlarova od püskürdü

saytların hazırlanması

Evə çatdırılma

“Müsahibəmi sildiriblər!” - Mehriban Xanlarova od püskürdü

Şou

04 Mart 2025 12:33 491


Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı Kulis.az saytına verdiyi açıqlamanın silindiyini bildirib. Aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edərək müsahibəsinin saytdan çıxarılmasına etiraz edib.

"Azdrama ilə bağlı Kulis.az saytına verdiyim müsahibənin bəzi şəxsləri narahat etməsi səbəbindən həmin saytdan silindiyini öyrəndim. Bir məsələni unudurlar ki, internetdə yayılan hər hansı bir məlumatın qarşısını almaq qeyri-mümkündür! Dərc olunan digər saytlardan necə silinəcək? Verdiyim müsahibənin qarşısını almaq isə mənim haqlı olduğumun ən bariz sübutudur!" – deyə o bildirib.

Xanlarova Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı hüququnun olduğunu vurğulayıb: Toyuqlu pizza

"Mən demokratik bir ölkənin vətəndaşı olaraq söz azadlığı hüququma müdaxiləni qəbul etmirəm! Heç kim mənim ifadə azadlığıma məhdudiyyət qoya bilməz!"

Qeyd edək ki, Mehriban Xanlarova bundan əvvəl Akademik Milli Dram Teatrında baş verən bəzi hadisələrlə bağlı açıqlamalar vermişdi.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Orkhan Sharif
    Bravo Azerbaijan!
    1 year ago