Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını açıqladı

Siyasət

16 Dekabr 2019 11:49 1206


Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirakla bağlı keçirilən toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var.

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədlikləri irəli sürülüb. pizza mizza

Xatırladaq ki, 2020-ci ilin fevral ayının 9-na Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!