“Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi -   “Mühacir alver”i məsələsinə görə

saytların hazırlanması

Evə çatdırılma

“Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi - “Mühacir alver”i məsələsinə görə

Siyasət

11 Dekabr 2019 09:19 1034


Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

"Yeni Sabah"ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinə verilən xüsusi ittiham qaydasında şikayətdə Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib.

Xüsusi ittiham qaydasında şikayət hakim Abbas Rzayevin icraatına verilib. Sezar pizza

Qeyd edək ki, iddiaya Yafəz Əkrəmoğlunun Müsavat Partiyasının Almaniyada "mühacir alver"ni təşkil etdiyi və bu prosesdə partiyanın rəhbərliyinin iştirak etməsi barədə iddialarla çıxış etməsi səbəb olub.

Böhtan əməli sübuta yetirilərsə, onu min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. 

Xatırladaq ki, Y.Əkrəmoğlu "Azadlıq" Radiosunun əməkdaşı olub və bir neçə ildir ki, Avropada mühacirətdə yaşayır. /Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!