Müsavatın qərargahında seçki toplantısı

saytların hazırlanması

Evə çatdırılma

Müsavatın qərargahında seçki toplantısı

Siyasət

03 Mart 2020 16:52 821


Müsavat Partiyasının qərargahında deputatlığa namizədlərin toplantısı keçirilib. Yenisabah.az xəbər verir ki, toplantıda Müsavat və Respublikaçı Alternativ (REAL) partiyalarının, "Hərəkət" blokunun bir sıra namizədləri, eləcə də seçkilərin nəticələrinə etiraz edən bir qrup müstəqil namizədlər iştirak ediblər. Toplantıda əsas müzakirə mövzusu fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində baş vermiş qanun pozuntuları olub. Seçkilərin nəticələrinin ləğv olunması istiqamətində səylərin birləşdirilməsi qərara alınıb və fəaliyyətin koordinasiya edilməsi üçün 7 nəfərdən ibarət işçi qrupu yaradılıb. İşçi qrupuna Gülağa Aslanlı, Natiq Cəfərli, İlkir Rüstəmzadə, Fərhad Mehdiyev, Bəxtiyar Hacıyev, Ruslan İzzətli və Limunət Əmrahlı daxil olublar. https://cdn.yenisabah.az/files/02_51583239997.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!