Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Müsavatın qərargahından oğurluq edən dəstə üzvləri saxlanıldı - Foto

Kriminal

02 Sentyabr 2020 16:12 1035


Bakının Binəqədi rayonu Ş.Məmmədova küçəsi 30/97 ünvanında Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi (RPİ) və 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən - hər biri əvvəllər məhkum olunmuş  Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar. pizza

Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!