Müsəlman ölkələrinin səfirləri Ermənistanla münasibətlərin normallaşması barədə məlumatlandırıldılar

saytların hazırlanması

Evə çatdırılma

Müsəlman ölkələrinin səfirləri Ermənistanla münasibətlərin normallaşması barədə məlumatlandırıldılar

Siyasət

22 Oktyabr 2024 20:16 376


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İslam dövlətlərinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfirlərə Azərbaycanla müsəlman dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, o cümlədən Azərbaycanın bu sahədəki baxışı və prioritetləri barədə məlumat verilib. Sezar pizza

Eyni zamanda səfirlərin sualları cavablandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!