Musəvinin qızı universitetdən qovuldu 

saytların hazırlanması

Evə çatdırılma

Musəvinin qızı universitetdən qovuldu 

Maraqlı

11 İyul 2024 15:20 1877


İranda prezident seçkisi ilə eyni vaxtda hazırda ev həbsində olan keçmiş azərbaycanlı baş nazir və Əli Xameneinin müxalifi Mir Hüseyn Musəvinin qızı, Əl-Zəhra Universitetinin İncəsənət fakültəsinin müəllimi Zəhra Musəvi Xamənə işdən qovulub. 

Axar.az xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib. 

Xanım Musəvi 20 il işlədiyi universitetdən qovulmasının arxasında təhlükəsizlik qüvvələrinin durduğunu və onların təzyiqləri nəticəsində Elm Nazirliyinin onunla əməkdaşlığa son verdiyini yazıb.  Marqarita pizza

Zəhra Musəvi deyib ki, işdən qovulması universitet tələbələrinin məcburi hicab qaydalarına etirazlarına dəstək verməsi ilə bağlıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!